media-txagnyixtfdj0k76olrq6a67shm4g73avis8csdv_1200

Şəmkir rayonunda qətl hadisəsi baş verib.

ERAmedia xəbər verir ki, hadisə rayonun Zəyəm qəsəbəsində qeydə alınıb.

1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq xəsarəti alıb. O, xəstəxanaya aparılarkən yolda həyatını itirib.

İlkin məlumata görə, hadisəni 53 yaşlı qəsəbə sakini Sadıx İsmayılovun törətdiyi ehtimal olunur. Bildirilir ki, tərəflər qonşu olublar.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb ediliblər.

Polisin keçirdiyi tədbirlər nəticəsində S.İsmayılov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.


media-adspc

Bənzər xəbərlər