media-d96fff35-7f0b-44e0-af28-26177f76c532

Dünyada at ətinin istehlakı ölkələr üzrə əhəmiyyətli dərəcədə fərqlənir.

ERAmedia xəbər verir ki, bəzi cəmiyyətlərdə at əti ənənəvi qida məhsulu hesab olunur və gündəlik qida rasionunda mühüm yer tutur, digər ölkələrdə isə bu ətin istehlakı məhduddur və ya qadağandır.

At ətinə tələbatın yüksək olduğu ölkələr yalnız daxili bazarın təmin olunmasında deyil, beynəlxalq ticarətdə də iştirak edirlər. Bu dövlətlərin bir qismi həm yerli istehlak üçün istehsal həyata keçirir, həm də məhsulu xarici bazarlara ixrac edir.

Son illərdə at əti ilə bağlı beynəlxalq ticarət də diqqət çəkir. Kanada kimi ölkələr at əti ixracında mühüm mövqeyə malikdir. Məhsul Avropanın bəzi ölkələrinə və Asiya bazarlarına da göndərilir.

Qlobal ət istehlakı ilə bağlı təqdim olunan məlumatlara əsasən, at ətinin ən çox istehlak edildiyi 15 ölkənin siyahısı belədir:

At əti istehlakına görə ilk 15 ölkə:

1. Çin
2. Qazaxıstan
3. Monqolustan
4. Meksika
5. Rusiya
6. Qırğızıstan
7. Braziliya
8. Avstraliya
9. Argentina
10. Kanada
11. İsveçrə
12. Yaponiya
13. Niderland
14. Uruqvay
15. İspaniya

Siyahıya əsasən, Çin at əti istehlakında ilk sırada yer alır. Qazaxıstan və Monqolustan isə ilk üçlükdə qərarlaşır. Bu ölkələrdə at əti ənənəvi mətbəxin bir hissəsi olmaqla yanaşı, tarixi və mədəni irslə də bağlıdır.

Qeyd edək ki, təqdim olunan sıralama mənbədə göstərilən məlumatlara əsaslanır. Ölkələr üzrə istehlak göstəriciləri hesablanma metodundan və statistik məlumatların aid olduğu dövrdən asılı olaraq dəyişə bilər.

Vüsalə


media-adspc

Bənzər xəbərlər