media-maxresdefault

Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən “Tağıyev: Məktəb” filmi 99-cu “Oskar” mükafatına Azərbaycanın rəsmi namizədi seçilib.

ERAmedia xəbər verir ki, ekran əsəri “Ən yaxşı beynəlxalq bədii film” kateqoriyasında ölkəmizi təmsil edəcək.

Azərbaycan Kinematoqrafçılar İttifaqının nəzdində fəaliyyət göstərən Film Seçim Komitəsinin qərarı ilə təqdim olunan film 100-dən çox ölkənin ekran əsərləri ilə rəqabət aparacaq.

“Tağıyev” bədii filminin dördüncü bölümü olan ekran işi Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və ARKA-nın dəstəyi ilə Bakı Media Mərkəzində istehsal edilib.

Filmin rejissoru Zaur Qasımlı, baş prodüseri Arzu Əliyevadır. Ekran əsərində Xalq artistləri Pərviz Məmmədrzayev, Qurban İsmayılov və digər tanınmış aktyorlar rol alıblar.


media-adspc

Bənzər xəbərlər