media-17931683932700511271_1200x630

Cari ilin 9 ayı ərzində Bakı şəhərinin mərkəzi hissəsində başlayıb və bitən, fərdi minik avtomobilləri, taksi, velosiped və skuterlərlə həyata keçirilən səfərlərin 19,7 faizi mikromobillik vasitələrinin payına düşür.

ERAmedia xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, ötən ilin eyni dövründə bu rəqəm 12 faiz təşkil edirdi.

Paytaxtda mikromobillik zolaqlarının ümumi uzunluğu 67,8 kilometrdir.

Dövlət Proqramına əsasən, zolaqların uzunluğunun 100 kilometrə çatdırılması planlaşdırılır.


media-adspc

Bənzər xəbərlər