Azərbaycanın voleybol klubu ilk qələbəsini qazanıb
Azərbaycanın qadın voleybolçulardan ibarət “DH Volley” klubu CEV Çelenc Kubokunun 1/32 final mərhələsində ilk oyununda qələbə qazanıb.
ERAmedia xəbər verir ki, Bakı təmsilçisi səfərdə Danimarkanın “Holte” komandası ilə qarşılaşmada 3:1 hesabı ilə qalib gəlib. Setlər 25:14, 26:24, 22:25, 25:22 hesabları ilə başa çatıb.
Qeyd edək ki, komandalar arasında cavab oyunu noyabrın 5-də Bakıda keçiriləcək.









