Tanınmış jurnalistin ailəsində faciə - Qardaşı və qardaşı oğlu VƏFAT ETDİ
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşı, tanınmış jurnalist Kərim Kərimlinin ailəsinə ağır itki üz verib.
ERAmedia xəbər verir ki, onun qardaşı və qardaşıoğlu 5 gün fərqlə vəfat edib.
K.Kərimlinin böyük qardaşı Əhliman Kərimli oktyabrın 22-də 83 yaşında dünyasını dəyişib.
Oktyabrın 27-də isə jurnalistin mərhum qardaşı Əhliman Kərimlinin oğlu Allahverdi Kərimli 44 yaşında vəfat edib. O, xəstəlik səbəbindən dünyasını dəyişib. Mərhum dövlət qurumlarının birində işləyirmiş.
A.Kərimli Füzuli rayonunun Araz Yağlıvənd kəndindəki Şirvan Ata qəbristanlığında nənəsinin və atasının yanında dəfn olunacaq.(olke.az)









