media-w_1617930974221886835635_1200x630

Astarada kivi yığımı sürətlə davam etsə də, məhsulun satışında yaranan problemlər təsərrüfatçıları ciddi narahat edir. Bazarlarda həm alıcı azdır, həm də qiymətlər aşağıdır. Bu da bağ sahiblərini çətin vəziyyətə salıb. Fermerlər ilboyu çəkdikləri zəhmətin və xərclərin qarşılığını ala bilmədiklərindən gileylənirlər.

ERAmedia xəbər verir ki, aqrotexniki qulluqdan tutmuş məhsul yığımına qədər kifayət qədər vaxt və vəsait sərf edən yerli istehsalçılar hazırkı satış durğunluğuna görə zəhmətlərinin hədər getməsindən narahatdırlar.

 


media-adspc

Bənzər xəbərlər