media-17931690033055738600_1200x630

Noyabrın 4-dən etibarən şagirdlərin elektron yerdəyişməsi prosesi mərhələli şəkildə aktivləşdiriləcək.

ERAmedia-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, noyabrın 4-ü saat 15:00-dan 2, 3, 4, 5, 6 və 7-ci sinif şagirdlərinin, noyabrın 5-i saat 15:00-dan isə 8, 9, 10 və 11-ci sinif şagirdlərinin elektron yerdəyişməsi prosesi başlayacaq. Şagirdlərin elektron yerdəyişməsi www.sy.edu.az  portalı vasitəsilə həyata keçirilir.

İnternetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, eləcə də “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.

Qeyd edək ki, məktəbəhazırlıq qrupları və birinci siniflər üzrə elektron yerdəyişmənin başlanma tarixi barədə əlavə məlumat veriləcək.


media-adspc

Bənzər xəbərlər