ABŞ zərurət yaranarsa, İrana yenidən zərbə endirəcək - Tramp
ABŞ Prezidenti Donald Tramp zərurət yaranacağı təqdirdə İrana yenidən hücum etməkdən çəkinməyəcəyini bildirib.
ERAmedia xəbər verir ki, o, bu barədə Texas ştatında tərəfdarları qarşısında çıxışı zamanı danışıb.
Tramp ABŞ-nin İranla müharibəyə başlamadığını iddia edərək, Tehranın 1979-cu ildən bəri Vaşinqtona qarşı müharibə apardığını bildirib.
ABŞ Prezidenti, həmçinin İran üzərində daha böyük qələbənin və bu ölkənin nüvə silahına sahib olmaq imkanından birdəfəlik məhrum edilməsinin astanasında olduqlarını deyib.
Tramp İranla müharibənin tezliklə başa çatacağını və bunun ABŞ-də benzinin qiymətlərinin aşağı düşməsinə səbəb olacağını da vurğulayıb.










