Moskvaya bu ilin ən kütləvi dron hücumu olub
Oktyabrın 29-u gecəsi Moskva 2026-cı ilin əvvəlindən bəri ən böyük dron hücumlarından birinə məruz qalıb. Rusiya paytaxtı hakimiyyətinin məlumatına görə, Ukraynanın 613 ədəd dronu Moskva vilayətinə doğru uçub.
ERAmedia xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.
Dronların əksəriyyəti Moskva vilayətinə uzaq məsafələrdə hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib, daha 231 PUA isə paytaxta yaxınlaşarkən məhv edilib.
Hücum səbəbindən Vnukovo, Domodedovo və Jukovski hava limanlarında təyyarələrin gəlişi və uçuşuna müvəqqəti məhdudiyyətlər qoyulub. Onların fəaliyyəti səhər saatlarında bərpa edilib.
Bu arada, Başqırdıstan Respublikasına da dron hücumu edilib. Sterlitamak şəhərində hava hücumundan müdafiə qüvvələri səkkiz dronu məhv edib. Şəhər administrasiyasının rəhbəri Emil Şaymardanovun sözlərinə görə, dronların qalıqları sənaye müəssisəsinin ərazisinə düşüb. Nəticədə obyektə kiçik ziyan dəyib, lakin müəssisə normal fəaliyyətini davam etdirir. Xəsarət alan olmayıb.










