Gələn il ÜDM 2,3 faiz artacaq - Taleh Kazımov
Mərkəzi Bank bu il ümumi daxili məhsulun (ÜDM) 1,3 faiz, gələn il isə 2,3 faiz artacağını proqnozlaşdırır.
ERAmedia xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə qəbul edilmiş qərarın açıqlanmasına həsr olunan mətbuat konfransında deyib.
O qeyd edib ki, qeyri-neft-qaz sektoru üzrə artımın bu il 2,8 faiz, 2027-ci ildə isə 4,3 faiz olacağı gözlənilir.










