media-gunesh-sistemi

Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının məlumatına görə, şənbə günü Günəşdə 29 alışma (partlayış) qeydə alınıb.

ERAmedia xəbər verir ki, bu, XXI əsrdə təkrarlanan rekord göstəricidir. Daha əvvəl 5 may 2022-ci il və 10 dekabr 2024-cü ildə də bir gündə 29 alışma müşahidə olunub.

Alimlərin diqqətini çəkən əsas məqam budur ki, budəfəki alışmaların hamısı Günəş diskinin mərkəzində yerləşən 4566 nömrəli eyni ləkələr qrupundan qaynaqlanıb.

Alışmaların əksəriyyəti gücünə görə C və M siniflərinə aid olub. Alimlər bildirirlər ki, ardıcıl çoxsaylı orta güclü alışmalar enerjinin tək bir son dərəcə güclü partlayışda toplanması ehtimalını azalda bilər. Bu isə Yer üçün nisbətən əlverişli hesab olunur.

Qeyd edək ki, hər üç rekord hadisə 2020-ci ildə başlayan hazırkı Günəş dövründə baş verib. Bu dövrdə indiyədək X10 və daha yüksək səviyyəli alışma qeydə alınmayıb.

Alimlər həmçinin vurğulayırlar ki, gündəlik alışmaların sayı istifadə olunan saat qurşağından asılı olaraq dəyişə bilər. Belə ki, 5 may 2022-ci ildə Ümumdünya vaxtı ilə Günəşdə 32 alışma qeydə alınıb.


media-adspc

Bənzər xəbərlər