Şimali Kipr XİN Azərbaycanı təbrik edib
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Xarici İşlər Nazirliyi Azərbaycanı Zəfər Gününün altıncı ildönümü münasibətilə təbrik edib.
ERAmedia xəbər verir ki, nazirliyin sosial şəbəkə hesablarında yayımlanan paylaşımda deyilir: “Qardaş ölkənin işğal altındakı torpaqlarının azad edilməsini simvolizə edən 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycanın qəhrəman ordusunu və xalqını səmimi-qəlbdən təbrik edirik”.










