media-17778894236150615439_1200x630

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Aİ-nin 2028–2034-cü illər üzrə uzunmüddətli büdcəsinə dair yeni təklifini təqdim edib. Layihədə müdafiənin maliyyələşdirilməsinin 232 faiz, rəqabətqabiliyyətliliyin 120 faiz artırılması, sərhəd nəzarəti və miqrasiya idarəçiliyinə ayrılan vəsaitin isə iki dəfə çoxaldılması nəzərdə tutulur.

ERAmedia  xarici mediaya istinadla xəbər verir ki, Koştanın sözlərinə görə, büdcə layihəsinin bu versiyası Aİ-nin “ambisiyalarına uyğundur”.

Eyni zamanda, ümumi büdcə Avropa Komissiyasının ilkin təklifindən 10 faiz (204 milyard avro) azaldılıb, regional inkişaf xərcləri isə 8 milyard avro kiçildilib. Koşta bildirib ki, bu addım milli ödənişləri məqbul səviyyədə saxlamağa imkan verəcək, lakin Şərqi və Cənubi Avropanın bir sıra ölkələrinin narazılığına səbəb ola bilər.


media-adspc

Bənzər xəbərlər