media-w_1617952607822676636948_1200x630

Noyabrın 21-də Bakının Qoşa Qala meydanında Kəlağayı Festivalının açılış mərasimi olub.

ERAmedia xəbər verir ki, festivalda kəlağayı sənətinin və Azərbaycan milli mədəniyyətinin təbliği, ənənəvi sənətkarlıq nümunələrinin nümayişi, musiqi və rəqs proqramları təşkil edilib.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətinin rəhbəri Səfayə Əhmədova jurnalistlərə açıqlamasında tədbir barədə məlumat verib.

“Festival ərazisində gün ərzində sənətkarların əl işləri yarmarkası, kəlağayı və milli məhsulların satışı, milli şirniyyat və təamların təqdimatı, milli üslubda fotozonalar, kəlağayı ilə bəzədilmiş dekorativ pavilyonlar təşkil olunur. Kəlağayı Azərbaycan xalqının tarixini, mədəniyyətini və milli ruhunu özündə yaşadan ənənəvi sənət nümunəsidir. Festivala giriş sərbəstdir”, – deyə o əlavə edib.

Festivala turistlərin də marağı müşahidə olunub.

Qazaxıstandan paytaxta işgüzar səfər üçün gələn Şamiqazına Julsaskenna kəlağayıları və festivalı bəyəndiyini diqqətə çatdırıb: “Azərbaycan milli irsinin gözəl parçası olan kəlağayıları özüm və anam üçün aldım. Keyfiyyəti, rənglərinin gözəlliyi və hər bir tikməsinin incəliyi məni heyran etdi. Hər detalında zəhmət və sevgi hiss olunur”.

Festival sabah da davam edəcək.

media-w_1617952607823243224324_1200x630 media-w_161795260782588646278_1200x630


media-adspc

Bənzər xəbərlər