media-916021355_1821959219007057_1960559240767479027_n

Milli Məclisin komitə sədri, Xalq artisti Polad Bülbüloğlu son illər görmə qabiliyyətində üzləşdiyi problemlərdən danışıb və bununla bağlı İsraildə ağır əməliyyatlar keçirdiyini açıqlayıb.

ERAmedia xəbər verir ki, o bu barədə Təl-Əvivdə fəaliyyət göstərən “Sheinkin40” adlı “YouTube” kanalına müsahibəsində danışıb.

Bakıda baş tutan müsahibə zamanı millət vəkili bildirib ki, ABŞ, Rusiya və digər ölkələrdə görmə qabiliyyətində yaşadığı problemlərlə bağlı konsultasiyalarda olub. Lakin onun sözlərinə görə, yaşadığı problemlə bağlı ona ən çox töhvə verən İsrail səhiyyəsi olub: “Mən orada 5 ağır əməliyyat keçirdim. Onlardan 4-ü Hayfada, 1-i isə Təl-Əvivdə baş tutub. Orada çox böyük diqqət və qayğı hiss edirdim. Onlar sayəsində bu gün sizin qarşınızdayam və sizi görürəm”.


media-adspc

Bənzər xəbərlər