Metroda hərəkət normal rejimə qaytarılıb
Bakı Metropoliteninin Qırmızı xəttində qatarların hərəkətinin tənzimlənmə qurğusunda qısamüddətli texniki xəta baş verib.
ERAmedia xəbər verir ki, Bakı Metropoliteni QSC-dən bildirilib ki, yaranmış texniki nasazlıq səbəbindən hərəkət təhlükəsizliyini təmin edən mühafizə sistemi işə düşüb və qatarların hərəkəti ehtiyat sistem vasitəsilə tənzimlənib. Nəticədə yalnız Qırmızı xətdə qatarların hərəkətində müəyyən yubanmalar yaranıb. Yaşıl və Bənövşəyi xətlərdə isə qatarlar normal qrafik üzrə hərəkətini davam etdirib.
Qeyd olunub ki, dərhal texniki baxış keçirilib, nasazlığın səbəbi müəyyənləşdirilərək 5 dəqiqə ərzində operativ şəkildə aradan qaldırılıb. Hazırda Qırmızı xətdə qatarların hərəkəti pik saatlar üçün nəzərdə tutulan intervala uyğun təmin edilir.









