media-1783966668_1740550634_agdam_menziller

Bu gün Ağdam şəhərinin günüdür.

ERAmedia-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Ağdam Azərbaycanın dördüncü ən böyük sənaye şəhərinə çevriləcək və hazırda regionun ən sürətlə inkişaf edən yaşayış məntəqələrindən biri kimi diqqət çəkir.

Deputatın sözlərinə görə, Ağdam da daxil olmaqla işğaldan azad edilmiş ərazilərdə geniş vergi və gömrük güzəştlərinin tətbiqi iqtisadi fəallığın artırılmasına, investisiyaların cəlb edilməsinə və sahibkarlığın inkişafına mühüm dəstək verir.

Ağdam Sənaye Parkının prioritet fəaliyyət istiqamətlərinə tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservlərinin, ət, süd, yem və gübrə istehsalı və emalı, xidmət sahələrinin inkişafı, eləcə də soyuducu kameraların təşkili daxildir.

Vüqar Bayramov qeyd edib ki, indiyədək Ağdam Sənaye Parkına 125 milyon dollar investisiya yatırılıb. Ümumi sahəsi 190 hektar olan sənaye parkında 37 rezident və 3 qeyri-rezident fəaliyyət göstərir. Parkda indiyədək 1000-dən çox vətəndaş işlə təmin olunub.

Deputat vurğulayıb ki, Ağdam işğaldan azad edilmiş rayonlar arasında ən çox məskunlaşan ərazilərdən biridir. Növbəti aylarda şəhərdə daha genişmiqyaslı məskunlaşmanın həyata keçirilməsi gözlənilir.

Ağdamda sənaye infrastrukturunun genişləndirilməsi, yeni investisiyaların cəlbi, iş yerlərinin yaradılması və əhalinin geri dönüşünün sürətlənməsi şəhərin gələcəkdə Azərbaycanın mühüm iqtisadi mərkəzlərindən birinə çevrilməsi üçün zəmin yaradır.

Vural


media-adspc

Bənzər xəbərlər