media-1795183714306408037_1200x630

Azərbaycan və Belarus respublikaları müdafiə nazirlikləri arasında 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, bu ölkənin Silahlı Qüvvələrinin rabitə rəisi – Silahlı Qüvvələrin Baş Qərargahının Rabitə İdarəsinin rəisi polkovnik Pavel Prasolun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı şəhərinə səfər edib.

Müdafiə Nazirliyindən ERAmedia – ya verilən məlumata görə, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində nümayəndə heyəti ilə “Rabitənin təşkili və rabitə bölmələrinin tətbiqi üzrə işçi görüşü” keçirilib. Tədbirdə, həmçinin rabitə bölmələrinin və vasitələrinin tətbiqi, eləcə də digər mövzulara dair qarşılıqlı fikir mübadiləsi aparılıb. Sonra Belarus nümayəndə heyəti N saylı hərbi hissədə olub. Burada onlara Azərbaycan Ordusunda rabitə işinin təşkili haqqında ətraflı məlumat verilib, müasir tələblərə cavab verən müxtəlif rabitə vasitələri və texnikalar təqdim olunub.

Səfər çərçivəsində nümayəndə heyəti Heydər Əliyev Mərkəzini və Hərb Tarixi Muzeyini ziyarət edib, ölkəmizin hərb tarixi, eləcə də Vətən uğrunda canından keçmiş şəhidlərimizin qəhrəmanlıq yolu ilə tanış olublar. Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.

Qeyd edək ki, səfər ölkələrimiz arasında qoşunlarda rabitə işinin təşkili sahəsi üzrə qabaqcıl təcrübənin öyrənilməsi və kadr hazırlığı istiqamətində əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.


media-adspc

Bənzər xəbərlər