media-17951964523467745412_1200x630

Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha bir oyunu keçirilib.

ERAmedia xəbər verir ki, son ölkə çempionu “Sabah” səfərdə “Sumqayıt”la qarşılaşıb. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunan görüş qonaqların 5:1 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra xallarını 24-ə çatdıran “Sabah” turnir cədvəlinin ilk pilləsinə yüksəlib. “Sumqayıt” isə 10 xalla 9-cu sırada qərarlaşıb.

Qeyd edək ki, XII turun açılış matçında “Zirə” Yevlaxda “İmişli” ilə 2:2 hesablı heç-heçə edib. Tura noyabrın 22-də yekun vurulacaq.


media-adspc

Bənzər xəbərlər