Bu gün Bakıda FIFA U-15 dünya çempionatı başa çatır
Bakıda keçirilən FIFA U-15 dünya çempionatının və festivalının qalibi bu gün bəlli olacaq.
ERAmedia xəbər verir ki, A Divizionunun final qarşılaşmasında Çexiya və İspaniya yığmaları üz-üzə gələcəklər.
Bakı Kristal Zalında təşkil olunacaq görüş saat 18:00-da başlayacaq.
Bundan əlavə, turnirin B, C, D, E və F divizionlarında da qaliblər müəyyənləşəcək. Bütün final oyunları Bakı Kristal Zalında keçiriləcək.
Günün oyun cədvəlini təqdim edirik:
A Divizionu
Final
18:00. Çexiya – İspaniya
B Divizionu
Final
15:00. Portuqaliya – Zambiya (33-cü yer uğrunda)
C Divizionu
Final
13:30. Tunis – Belarus (65-ci yer uğrunda)
D Divizionu
Final
12:00. Kanada – Tacikistan (97-ci yer uğrunda)
E Divizionu
Final
10:30. Mərkəzi Afrika Respublikası – Banqladeş (129-cu yer uğrunda)
F Divizionu
Final
09:00. Yeni Zelandiya – Efiopiya (161-ci yer uğrunda)
Qeyd edək ki, A Divizionunun final oyunundan sonra mükafatlandırma mərasimi və turnirin bağlanış mərasimi keçiriləcək.









