TDT-nin yeni Baş katibi o oldu
Türk Dövlətləri Təşkilatının yeni Baş katibi müəyyənləşib.
ERAmedia xəbər verir ki, özbəkistanlı diplomat Mirvahid Əzimov bu vəzifədə qırğızıstanlı diplomat Kubanıçbek Ömüralıyevi əvəz edir.
M.Əzimov bundan əvvəl də təşkilatın rəhbərliyində təmsil olunub. O, TDT Baş katibinin müavini vəzifəsində çalışıb. Təşkilatın rəsmi məlumatında onun üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsinə, siyasi, iqtisadi, nəqliyyat və mədəni-humanitar sahələrdə birgə təşəbbüslərin inkişafına töhfələri qeyd olunur.
Diplomat 2026-cı il mayın 26-da Özbəkistan Prezidentinin qərarı ilə ölkənin xarici işlər nazirinin müavini təyin olunub. Özbəkistan Xarici İşlər Nazirliyinin məlumatına görə, bu təyinatadək TDT Baş katibinin müavini vəzifəsini tutub.
Təşkilata daha əvvəl türkiyəli diplomat Halil Akıncı (2010–2014), azərbaycanlı diplomat Ramil Həsən (2014–2018) və qazaxıstanlı diplomat Bağdad Amreyev (2018–2022) rəhbərlik ediblər.
Qeyd edək ki, təşkilat 2009-cu il oktyabrın 3-də Naxçıvan Sazişi əsasında yaradılıb, 2021-ci ildə Türk Dövlətləri Təşkilatı adını alıb. Katibliyi İstanbulda yerləşir.









