media-17933019661245842055_1200x630

Nərimanov rayonunda, Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsində yük avtomobili yol-nəqliyyat hadisəsi törədib.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən ERAmedia – ya verilən məlumata görə, qəza səbəbindən metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Hazırda yük avtomobilinin ərazidən kənarlaşdırılması və nəqliyyatın hərəkətinin bərpa olunması məqsədilə polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.


media-adspc

Bənzər xəbərlər