Kamandan oxatma millimiz qızıl medal qazandı
Azərbaycanın kamandan oxatma üzrə milli komandası İraqın Süleymaniyə şəhərində keçirilən Asiya Kubokunda uğura imza atıb.
ERAmedia xəbər verir ki, Kamandan Oxatma Federasiyasından verilən məlumata görə, Lalə Əbdürrəhmanova, Fatimə Hüseynli və Yaylagül Ramazanovadan ibarət qadın komandası finalda Qazaxıstan yığmasını 5:4 hesabı ilə məğlub edərək qızıl medal qazanıb.
Qarışıq komanda isə gümüş medala layiq görülüb.
Qeyd edək ki, turnirdə 19 ölkənin iştirak edir.










