media-0101
Azərbaycanda hakim futbolçuya iki dəfə sarı kart göstərib, lakin qırmızı kart verməyi unudub.
ERAmedia xəbər verir ki, hadisə “Səbail” – “Zirə” matçında qeydə alınıb. Qarşılaşmanın baş hakimi Səbuhi Bayramov meydan sahibləri “Səbail”in futbolçusu Samuel Nonqoha ikinci sarı vərəqə göstərsə də, qırmızı vərəqə verməyi unudub. 
Matçın 4-cü hakimi isə baş hakimi yanına çağıraraq ona xəbərdarlıq edib. Lakin Səbuhi Bayramov yenə Nonqoha qırmızı vərəqə göstərməyib.  Daha sonra isə Nonqoh başqa bir futbolçu ilə əvəzlənib. 
Səbail oyunun sonuna qədər 11 futbolçu ilə oynayıb.

media-adspc

Bənzər xəbərlər