media-17932798471738638790_1200x630

Azərbaycan tərəfindən Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarından ibarət növbəti yük bu ölkəyə çatdırılıb.

ERAmedia xəbər verir ki, yardımın göndərilməsi Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Energetika Nazirliyi tərəfindən təmin edilib.

Ukrayna tərəfinin müraciəti əsasında təşkil edilən humanitar yükün tərkibinə ümumi dəyəri 1,5 milyon dollar olan kabel, naqil və digər elektrik avadanlıqları, həmçinin 9 transformator daxildir.

Tariximizin ən çətin qışlarından biri ərəfəsində xalqımızın və dövlətimizin dözümlülüyünə daha bir töhfə verən Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk”, – deyə o əlavə edib.


media-adspc

Bənzər xəbərlər