media-550409125_1321417049641875_7004469593734236374_n

Almaniyanın Xarici İşlər Nazirliyi (XİN) ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə ötən il avqustun 8-də Vaşinqtonda keçirilmiş və Azərbaycan ilə Ermənistan arasında sülhün bərqərar olmasını təmin etmiş Sülh Sammitinin birinci ildönümü ilə əlaqədar paylaşım edib.

ERAmedia xəbər verir ki, nazirliyin X hesabında edilən paylaşımda qeyd olunub: “Bu mühüm mərhələ iki ölkə arasındakı münasibətlərdə tarixi bir təkan yaratdı. Hər iki tərəfi bu yolda irəliləməyə təşviq edirik”.

Nazirlik Almaniyanın Cənubi Qafqazda bu prosesə dəstəyini davam etdirəcəyini vurğulayıb. “Cənubi Qafqazda sülh və sabitlik bizim ortaq maraqlarımıza uyğundur. Almaniya Avropa İttifaqı və ABŞ-dən olan tərəfdaşları ilə birlikdə bu prosesi dəstəkləməyə davam edəcək”, – deyə Almaniya XİN-in açıqlamasında bildirilib.


media-adspc

Bənzər xəbərlər