media-230425-45-mesud-pezeskian

İran Prezidenti Məsud Pezeşkian xalqının düşmənlərin təzyiqlərinə müqavimət göstərdiyini və ölkəsinin müasir tarixin ən çətin vəziyyətinin öhdəsindən gəldiyini bildirib.

ERAmedia “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, İran lideri xalqına təşəkkür edib.

“Əgər İran indiyə qədər ayaqda qala bilibsə, buna görə xalqa borcludur”, — deyə o qeyd edib.

Prezident düşmənin İran xalqını etirazlara təhrik etməyə çalışdığını, lakin İran hökumətinin xalqı məyus etməməkdə qərarlı olduğunu vurğulayıb: “Əgər biz xalqın yanında dayansaq, heç bir qüvvə bizi diz çökdürə bilməz”.


media-adspc

Bənzər xəbərlər