media-photo_5393250207107058967_y

Ermənilər Qaqrada stadionda öldürdükləri gürcülərin başları ilə futbol oynayırdılar.

Qeyd edim ki, Abxaziyada ermənilər barədə ilk məlumat 1879-cu ilə aiddir. Osmanlı imperiyasından ilk erməni qrupu Abxaziyanın Mtsara kəndində məskunlaşdırılır.

1919-cu ildə Anton Denikin Britaniya hərbi missiyasının rəhbəri general Briqqsə yazırdı: “Erməni Milli Birliyinin rəsmi nümayəndələri mənə Suxumi rayonunun erməni əhalisini, xüsusən də Qudauta kəndini gürcü qoşunlarının zorakılığından qorumaq xahişi ilə müraciət etdilər”.

1930-cu ildə isə ermənilər burada yerli gürcüləri sıxışdırıb onların evlərini və torpaqlarını ələ keçirirlər. Abxaziyanı Ermənistanın dənizə çıxışı üçün strateji zona, “ikinci erməni dövləti” kimi görürlər.

Siyasi mövqelər və beynəlxalq müstəvi

Abxaziya erməniləri bölgənin tamamilə Rusiyaya inteqrasiyasını dəstəkləyirlər. Ermənistan dövləti isə BMT-də Gürcüstanın ərazi bütövlüyü ilə bağlı qətnamələrdə ya əleyhinə səs verir, ya da bitərəf qalır.

Mətbuat materialları və müsahibələr

Gürcüstanda nəşr olunan “Sakartvelos Respublika” qəzetində dərc edilmiş bir məqalə qarşıma çıxdı. Qəzetdə Gürcüstanın ərazi vahidi olan və Rusiyanın dəstəyi ilə əlindən alınan qondarma Abxaziya Respublikasının tərkibində döyüşən ermənilərin yerli xalqa etdikləri barədə gürcü yazıçısı, milliyyətcə abxaz olan Sergi Sadjayadan müsahibə dərc olunub. Orada deyilir:

“Əsir götürülmüş mülki şəxsləri ağaclara bağladılar, başlarına təkərlər qoydular və yandırdılar. O qədər çox qadına təcavüz edildi ki… Yaştxva kəndində bir gürcü qadın qaça bilməyib bir erməni ailəsini ümid yeri bilib orada gizləndi. Lakin ermənilər onu abxazlara təhvil verdilər və orada olan bütün batalyon qadına təcavüz etdi, nəticədə o, dəli oldu”.

Şahid ifadələri

Digər bir şahid Nodar Natadzenin ifadəsindən:

“Baqramyan batalyonu çoxsaylı vəhşi cinayətlər törətmişdi. Gürcü partizanları bir ermənini əsir götürəndə müharibə artıq bitmişdi. O, ağlamağa və inildəməyə başladı. Gürcülər ona yazığı gəldi və onu buraxmaq üzrə idilər, amma sinəsində bir torba gördülər. Torbanı açanda gürcülərin gözlərinin çıxarılmış, kəsilmiş qulaqları və burnu olduğunu gördülər. Məlum oldu ki, o, Baqramyan batalyonunun üzvüdür. Abxaziyalılar öldürdükləri hər bir gürcü üçün ermənilərə yüz dollar ödəyiblər və sübut olaraq ölülərdən bir orqan təqdim etməli olublar”.

Gürcü xalqına qarşı bu ağır cinayətləri törədənlər Abxaziya tərəfində döyüşən ermənilərin “Baqramyan” adlı qanunsuz hərbi birləşməsi və bir neçə erməni dəstəsi idi.

İstintaq materialları

Həmin döyüşlər zamanı aparılan istintaq çərçivəsində şahidlər bildiriblər:

“Suxumi şəhərinin turizm mərkəzi ərazisində yaşayan yaşlı bir qadın Kseniya Tskvitayın evində əylənən bir qrup erməni yeyib-içdikdən sonra evin sahibini və onun qonşuları olan Zurab Kemulariyanı, Daredjan Turkiyanı, Otar Gegeçkorini həyat yoldaşı və anası ilə, Volodya Kalandiyanı ailəsi ilə, Lado Benidzeni ailəsi ilə, Beridze ailəsini, Şarden Kalandiyanı ailəsi ilə, Patsatsia qardaşlarını bir-bir güllələdi”.

Baqramyan batalyonu 9 fevral 1993-cü ildə 55 nömrəli əmrlə yaradılıb. Onların gürcülərə qarşı xüsusi qəddarlıq göstərdiklərinə dair çoxsaylı şahid ifadələri mövcuddur. 27 sentyabr 1993-cü ildə və sonrakı günlərdə öz evlərində günahsız qadınların və uşaqların güllələnməsi ilə bağlı ifadələr istintaq materiallarında yer alır. Şahidlər bildiriblər ki, həmin günlərdə erməni silahlıları kinayəli şəkildə “Abxaziya bizim kiçik Ermənistanımızdır”, “Böyük Ermənistanın cənub sərhədidir” kimi ifadələr səsləndiriblər.

Qurbanların sayı və rəsmi sənədlər

Həmin dövrdə gürcülərə qarşı vuruşan ermənilərin sayının 1500-dən artıq olduğu, əli yüzlərlə gürcünün qanına batmış 20 erməni silahlısına “Abxaziya qəhrəmanı” adı verildiyi bildirilir.

Gürcüstan Baş Prokurorluğunun erməni dəstələrinin cinayətləri ilə bağlı 200 cildlik istintaq materialı mövcuddur. Bu materiallarda Qaqrada yüzlərlə gürcünün stadiona yığılaraq işgəncə ilə öldürüldüyü və stadionda kəsilmiş başlarla futbol oynanıldığına dair şahid ifadələri yer alır.

Qulripş və Suxumi rayonlarında erməni silahlılarının yaşlı gürcüləri və uşaqları diri-diri quyulara atması və ya torpağa basdırması barədə çoxsaylı sənədləşdirilmiş faktların istintaq sənədlərinə əlavə edildiyi qeyd olunur.

Ayrı-ayrı hadisələr

Kamani qırğınından təsadüfən sağ çıxmış bir şəxsin ifadəsi:

“Kilsəyə girdilər. Rahib Anufriyədən kilsəyə sığınan uşaqların yerini deməyi və gürcü dilində lənət oxumağı tələb etdilər. O, imtina etdi. Onu kilsənin içində, ikonaların qarşısında işgəncə ilə öldürdülər. Erməni əsgərləri kilsədəki qadınları saçlarından tutub çölə sürükləyirdilər”.

Oçamçire rayonunda sağ qalan bir yaşlı kişinin ifadəsi:
“Onlar mülki insanları öldürdükdən sonra cəsədlərin üzərində süfrə açır, şərab içib qələbəni qeyd edirdilər. Cəsədlərin hələ soyumadığı vaxt onların üzərinə ayaq qoyub şəkil çəkdirirdilər. Erməni taboru xüsusilə amansız idi, çünki kəndlərin hər döngəsini, kimin harada gizlənə biləcəyini yaxşı tanıyırdılar. Çünki onlar bizim qonşularımız idi”.

Suxumi yaxınlığındakı Kamani kəndində erməni taboru və abxaz bölmələri 120 dinc sakini qətlə yetirmiş, 27 sentyabr 1993-cü ildə isə Suxumidə gürcülər öz evlərində, küçələrdə və parklarda kütləvi şəkildə güllələnmişdir. Sağ qalanların sözlərinə görə, erməni taborunun üzvləri mülki şəxsləri diri-diri quyulara atır, ailə üzvlərini bir-birinin gözü qarşısında edam edirdilər.

Beynəlxalq təşkilatların qeydləri

Həmin dövrdə Human Rights Watch sənədlərində qeyd olunurdu:

“Cəsədlərin təhqir edilməsi, gözlərin çıxarılması və digər ağlasığmaz işgəncə üsulları ermənilər və abxazlar tərəfindən dinc gürcü vətəndaşlarına qarşı tətbiq edilmişdir”.

Bu gün də soyqırıma məruz qalmış və ya qaçqın düşmüş gürcülərin evlərinin erməni və abxaz ailələrinin əlində olduğu bildirilir. Şahid ifadələrinin bir qismi hazırda “Gürcüstanda Abxaziya Soyqırımı” muzeyində və onlayn arxivlərdə saxlanılır.

Zaur Əliyev


media-adspc

Bənzər xəbərlər