media-179347284568565531_1200x630

Polis Fransada alıcılıq qabiliyyətinin azalmasına etiraz olaraq keçirilən nümayişlərdə 296 nəfəri saxlayıb.

ERAmedia xəbər verir ki, bu barədə “Frans Press” agentliyi ölkənin Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb.

Bildirilib ki, Bordo, Tuluza, Renn, Lill, Nant, Marsel və Lion da daxil olmaqla, bəzi şəhərlərdə aqressiv şəxslər yürüşlərdən sonra vandalizm və talan aktları törətməyə cəhd ediblər.

Polis Parisdə hüquq-mühafizə orqanlarına daş və butulkalar atmağa başlayan etirazçıları dağıtmaq üçün gözyaşartıcı qazdan və səs qumbaralarından istifadə edib.


media-adspc

Bənzər xəbərlər