media-1763302792_eraqcu

İran hakimiyyəti genişmiqyaslı müharibənin başlama ehtimalını istisna etmir və silahlı qüvvələrini yüksək döyüş hazırlığı vəziyyətində saxlayır.

ERAmedia xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Qətərin “Al Jazeera” telekanalına müsahibəsində bildirib.

“Biz müharibənin başlanması ehtimalını istisna etmirik və bütün ssenarilərə hazırıq”, – deyə nazir vurğulayıb.

A.Əraqçinin sözlərinə görə, İran silah arsenalını modernləşdirib, mövcud zəiflikləri aradan qaldırıb və yeni silah növlərini sınaqdan keçirib. O, ölkənin silahlı qüvvələrinin yüksək döyüş hazırlığı vəziyyətində olduğunu qeyd edib.


media-adspc

Bənzər xəbərlər