media-17934544483650439069_1200x630

Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında bürünc medal qazanıb.

ERAmedia xəbər verir ki, 125 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz üçüncü yer uğrunda görüşdə Macarıstan idmançısı Vladislav Baytsayevi məğlub edərək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın yunan-Roma güləşçiləri Eldəniz Əzizli (55 kiloqram) və Sənan Süleymanov (77 kiloqram) qızıl, Nihat Məmmədli (63 kiloqram) isə gümüş medal qazanıblar.


media-adspc

Bənzər xəbərlər