Plovdiv 2028-ci il üçün Avropa İdman Paytaxtı seçilib
Bolqarıstanın Plovdiv şəhəri 2028-ci il üçün Avropa İdman Paytaxtı seçilib.
ERAmedia BTA informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə şəhərin meri Kostadin Dimitrov bələdiyyənin qiymətləndirmə komitəsindən rəsmi bildiriş aldıqdan sonra jurnalistlərə açıqlamasında bildirib.
Merin sözlərinə görə, əsas məqsəd daha çox uşağı idmana cəlb etmək, məktəblərlə idman klubları arasında əməkdaşlığı gücləndirmək və yeni idman infrastrukturu yaratmaqdır. Bu çərçivədə yaşayış məntəqələrinin yaxınlığında 14 idman meydançasının tikintisi nəzərdə tutulur.
K.Dimitrov qeyd edib ki, bələdiyyə şəhərdə idman və mədəniyyətin paralel inkişafına imkan verən yeni məkanların yaradılmasını da qarşıya məqsəd qoyub.









