Azərbaycan televiziyasının tanınmış diktorlarının arxiv fotosu
Azərbaycan televiziya tarixində özünəməxsus yeri olan diktorlar Natavan Hacıyeva və Nailə İslamzadənin illər əvvəl çəkilmiş birgə fotosu diqqət çəkir.
ERAmedia xəbər verir ki, fotoda uzun illər tamaşaçıların rəğbətini qazanan iki tanınmış televiziya siması səmimi anlardan birində əks olunub.
1942-ci ildə anadan olan Natavan Hacıyeva Azərbaycan televiziyasının tanınmış diktorlarından biri kimi yadda qalıb. O, peşəkar fəaliyyəti və efir mədəniyyəti ilə tamaşaçıların yaddaşında iz qoyub. 2019-cu ildə vəfat edən diktorun xatirəsi onu tanıyanlar və televiziya sənətinə maraq göstərənlər üçün bu gün də əzizdir.
Azərbaycan televiziyasının tanınmış simalarından olan Nailə İslamzadə də uzun illər ərzində aparıcılıq və diktorluq fəaliyyəti ilə geniş tamaşaçı auditoriyasının rəğbətini qazanıb.
İllər əvvəl lentə alınan bu foto Azərbaycan televiziyasının yaddaşlarda yaşayan simalarını bir araya gətirir. Belə arxiv görüntüləri həm televiziya tarixinin unudulmaz simalarını xatırladır, həm də milli efir mədəniyyətinin keçmişinə nəzər salmaq imkanı yaradır.
Mələk Onur









