Azərbaycan diplomatiyasının tanınmış simasının tarixi fotosu
Yuri Qaqarin və Sima Eyvazovanın 1966-cı ilə aid fotosu diqqət çəkir.
ERAmedia xəbər verir ki, 1966-cı ildə lentə alınan tarixi fotoda kosmosa uçan ilk insan Yuri Qaqarin, onun həyat yoldaşı Valentina və Azərbaycanın tanınmış diplomatı Sima Eyvazova əks olunublar.
Azərbaycan diplomatiyası tarixində mühüm yer tutan Sima Eyvazova beynəlxalq təşkilatlarda ölkəmizi təmsil edib. O, Cenevrədə və digər beynəlxalq qurumlarda fəaliyyət göstərib, Birləşmiş Millətlər Təşkilatı yanında Azərbaycanın ilk daimi nümayəndəsi, eləcə də fövqəladə və səlahiyyətli səfiri olub.
Ötən əsrin 60-cı illərinə aid olan bu foto həm dövrün ictimai-siyasi mühitini əks etdirir, həm də Azərbaycanın diplomatik tarixində iz qoymuş şəxslərdən birinin həyatına aid maraqlı xatirə kimi diqqət çəkir.

Vüsalə









