media-whatsapp-image-2026-10-30-at-10-59-39

Argentinanın Pataqoniya bölgəsində yerləşən Nahuel Huapi Milli Parkının Viktoriya adasına 1950-ci ildə Asiya mənşəli olduğu bilinən gümüş qırqovullar gətirilib.

ERAmedia xəbər verir ki, yeni yaşayış mühitinə uyğunlaşan quşların sayı zamanla artıb və onlar ətraf ərazilərə də yayılıblar.

İllər sonra qırqovullar üzərində aparılan araşdırmalar zamanı onların təbiətdə gözlənilməz dəyişikliklərə səbəb olduğu üzə çıxıb.

Alimlər müəyyən ediblər ki, gümüş qırqovullar adaya kənardan gətirilən bitkilərin toxumları ilə qidalanır, daha sonra isə həmin toxumları ifrazatları vasitəsilə müxtəlif ərazilərə daşıyırlar.

Nəticədə, adada əvvəllər mövcud olmayan bəzi bitki növlərinin yayılması asanlaşıb və bu proses bölgənin bitki örtüyünün dəyişməsinə səbəb olub.

Argentina Milli Elmi və Texniki Tədqiqatlar Şurası (CONICET) və Komahue Milli Universitetinin birgə apardığı araşdırmalarda gümüş qırqovullara insan fəaliyyətinin intensiv olduğu ərazilərdə daha çox rast gəlindiyi bildirilib.

Bu quşların bölgəyə vurduğu zərər nəzərə alınaraq, 2021-ci ildə Argentinada onlar nəzarət altında idarə olunan növlər kateqoriyasına daxil ediliblər.

Bununla belə, qırqovulların Viktoriya adasından tamamilə çıxarılması barədə qərar qəbul edilməyib. Yeni qərara əsasən, kənardan adaya gətirilmiş növlərin üstünlüyünü azaltmaq və mövcud bitki örtüyünü qorumaq məqsədilə yeni tədqiqat və tədbirlərə başlanılacağı açıqlanıb.

Vüsalə


media-adspc

Bənzər xəbərlər