media-17933536151090734632_1200x630

Noyabrın 20-dən etibarən Bakı–Balakən–Bakı marşrutu üzrə müntəzəm sərnişindaşıma xidməti bərpa olunacaq.

ERAmedia-ya “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, qatar Bakıdan noyabrın 20-dən, Balakəndən isə 21-dən etibarən hərəkət edəcək.

Xatırladaq ki, bu marşrut üzrə sərnişindaşıma xidməti sel hadisəsindən zərər görmüş Qax-Zaqatala dəmiryol xəttinin təmiri ilə əlaqədar müvəqqəti dayandırılmışdı.

Təmir işləri yekunlaşıb və qeyd olunan tarixlərdən Bakı-Balakən-Bakı marşrutu ilə səfərlərin bərpası təmin ediləcək.


media-adspc

Bənzər xəbərlər