media-donald_tramp_1773229975740904438_1773238756

ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin həlli üzrə danışıqların davam etdiyini, lakin Vaşinqtonun bu prosesdə tələsmədiyini bildirib.

ERAmedia  xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Danışıqlar gedir, iranlılar danışmaq istəyirlər və bu prosesi davam etdirirlər. Açığı, biz tələsmirik”, – deyə ABŞ Prezidenti bildirib.

Tramp İranla qarşıdurmanı qeyri-adi münaqişə adlandıraraq, bunun ənənəvi müharibə olmadığını vurğulayıb.

Qeyd edək ki, son həftələrdə ABŞ Prezidenti İranla münaqişənin yaxın vaxtlarda başa çatacağına dair bir neçə dəfə açıqlama verib.


media-adspc

Bənzər xəbərlər