Gələn ilin dövlət büdcəsinin 32,5 faizi əsaslı xərclərə yönəldiləcək - Sahil Babayev
Büdcə xərcləri sosial-iqtisadi ehtiyaclarımıza uyğun olaraq tərtib edilib. İcmal büdcənin xərcləri qeyri-neft ÜDM-inin 46,2 faiz olacaq.
ERAmedia xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda təqdim edərkən deyib.
O, Azərbaycan dövlət büdcəsinin regionda ən investisiyayönümlü büdcə olacağını qeyd edərək deyib: “Ölkəmizdə dövlət büdcəsinin 32,5 faizi əsaslı xərclərə yönəldiləcək. Bu, bir daha ölkənin iqtisadi inkişafına və eyni zamanda, real sektorun inkişafına Azərbaycan hökumətinin verdiyi önəmin bir göstəricisidir. Hər zaman diqqət mərkəzində olan təhsil və səhiyyə xərcləri də ÜDM-in müvafiq olaraq 3,6 və 1,5 faizinə çatacaq”.









