Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - VİDEO
Xırdalanda 12 yaşlı qız itkin düşüb.
ERAmedia “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb.
O, polisə müraciət etdiyini də qeyd edib:
“Həyətdə kameralar var, xalçayuma məntəqəsinin qarşısında da kamera var, amma xahiş etdim göstərmədilər”, – deyə o əlavə edib.
DİN-in Mətbut Xidmətinin əməkdaşı Elbrus İbrahimov “Qafqazinfo”-nun sorğusuna cavab olaraq bildirib ki, şəxs axtarışa elan olunub.
“İtkin düşmə kimi axtarışa elan edilmiş şəxsin yerinin müəyyən olunaraq tapılması istiqamətində polis tərəfindən tədbirlər görülür”, – deyə o əlavə edib.
***
Yaxınları bildirib ki, itkin düşən Mələk polis əməkdaşları tərəfindən tapılıb. O, Neftçilər metrosu ətrafında aşkar edilib.









