Dünyanın ən sirli kitabında doğum günü ilə bağlı maraqlı detal üzə çıxdı
Dünyanın ən sirli kitablarından biri hesab olunan Voyniç əlyazması bu dəfə maraqlı bir detalı ilə diqqət çəkib.
ERAmedia-nın məlumatına görə, müğənni Nura Suri sosial şəbəkə hesabında müəllifi, dili və əlifbası bu günədək müəyyən edilməyən əlyazma ilə bağlı maraqlı fikirlərini bölüşüb.
Təxminən 240 səhifədən ibarət olan Voyniç əlyazmasında müxtəlif bitkilərin, bürclərin, astronomik sxemlərin və insan fiqurlarının təsvirləri yer alır. Radiokarbon analizinin nəticələrinə əsasən, kitabın perqamenti 1404–1438-ci illərə aiddir. Bununla belə, mətnin dəqiq nə vaxt yazıldığı hələ də məlum deyil.
Əlyazmadakı yazılar səliqəli və ardıcıl olsa da, indiyədək heç kim onların mənasını elmi şəkildə təsdiqlənmiş formada açıqlaya bilməyib. Tədqiqatçılar mətnin şifrələnmiş yazı, süni və ya az tanınan dil, yaxud mənasız simvollar əsasında yaradılmış mistifikasiya ola biləcəyini ehtimal edirlər.
Əsrlərdir dilçilərin və şifrə mütəxəssislərinin diqqət mərkəzində olan kitab adını onu 1912-ci ildə satın alan antikvar Vilfrid Voyniçdən alıb. Hazırda əlyazma ABŞ-ın Yale Universitetinin Beinecke kitabxanasında saxlanılır.
Nura Surinin diqqətini isə əlyazmadakı Qoç bürcünün iki təsviri və onların hər birinin ətrafında yerləşən 15 qadın fiquru cəlb edib.
Edith Sherwood bu təsvirləri fərqli şəkildə yozaraq Qoç bürcünü aprel ayı, ətrafındakı 15 qadın fiqurunu isə ayın 15-i ilə əlaqələndirib. O, bu ehtimal əsasında əlyazmanı hətta Leonardo da Vinçi ilə də əlaqələndirib. Belə ki, məşhur rəssam və ixtiraçı Leonardo da Vinçi 15 aprel tarixində anadan olub.
Müğənni üçün bu detalın xüsusi maraq doğurmasının isə şəxsi səbəbi var. Nura Suri də məhz aprelin 15-də doğulduğunu qeyd edərək, bu maraqlı uyğunluğun sirli kitaba diqqətini daha da artırdığını bildirib.
Vüsalə









