Rəqəmsal resurslar MilliNet2026 mükafatı uğrunda yarışır
Milli İnternet Mükafatı – MilliNet2026 müsabiqəsinə layihə qəbulu davam edir.
ERAmedia-nın məlumatına görə, Multimedia Mərkəzinin direktoru Osman Gündüz bildirib ki, indiyədək müsabiqəyə 206 rəqəmsal resurs təqdim edilib.
Onun sözlərinə görə, rəqəmsal resursların qeydiyyatı noyabrın 25-dək davam edəcək. Müsabiqədə iştirak etmək istəyənlər layihələrini millinet.az internet səhifəsində qeydiyyatdan keçirməklə təqdim edə bilərlər.
Osman Gündüz qeyd edib ki, hazırda müsabiqəyə qəbul edilmiş rəqəmsal resursların 15 münsif tərəfindən ilkin qiymətləndirilməsinə başlanılıb.
Müsabiqənin qalibləri dekabr ayında keçiriləcək Milli İnternet Mükafatının ənənəvi Təqdimat Mərasimində açıqlanacaq.
Vural










