media-whatsapp-image-2026-11-03-at-10-51-49

Tarix üzrə fəlsəfə doktoru Ziyad Əmrahov Qərbi Azərbaycan həqiqətlərinin elmi müstəvidə araşdırılması istiqamətində görülən işlər və həmmüəllifi olduğu “İrəvan qazılığının tarixi” kitabının təqdimatı ilə bağlı açıqlama verib.

ERAmedia-nın məlumatına görə, Ziyad Əmrahov bildirib ki, bu gün Qərbi Azərbaycan həqiqətlərinin ictimaiyyətə çatdırılması istiqamətində aparılan mübarizəyə elmi müstəvidə işıq tutan nəşrlərdən biri olan “İrəvan qazılığının tarixi” kitabının təqdimatı keçirilib və nəşr Azərbaycan ictimaiyyətinə təqdim olunub.

Onun sözlərinə görə, kitabda tarixən Azərbaycanın ayrılmaz tərkib hissəsi olmuş İrəvan bölgəsində mövcud olan dini-təsisat orqanlarının, qazılıq institutunun yaranması, fəaliyyəti və tarixi inkişaf yolu araşdırılıb.

Ziyad Əmrahov qeyd edib ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivi, Gürcüstan Respublikası Milli Arxiv İdarəsinin Mərkəzi Tarix Arxivi, Türkiyə Cümhuriyyətinin Dövlət Arxivləri və Qafqaz Müsəlmanları İdarəsinin arxivindən əldə edilmiş sənədlərin təhlili əsasında kitabda qazılığın təşəkkülü tarixi, dini idarəçiliyin hüquqi və təşkilati mexanizmləri də tədqiq olunub.

Bildirilib ki, bu baxımdan nəşr yalnız tarixi araşdırma deyil, həm də dini-institusional yaddaşın bərpası istiqamətində mühüm elmi töhfə kimi qiymətləndirilə bilər.

Ziyad Əmrahov kitabın ərsəyə gəlməsində göstərdikləri dəstəyə görə Qafqaz Müsəlmanları İdarəsinə, qurumun rəhbəri Şeyxülislam Allahşükür Paşazadəyə, Qərbi Azərbaycan İcmasına, AMEA-nın Tarix və Etnologiya İnstitutunun rəhbərliyinə, eləcə də İnstitutun Qərbi Azərbaycan tarixi şöbəsinin zəhməti olan əməkdaşlarına dərin təşəkkürünü bildirib.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər