media-whatsapp-image-2026-11-03-at-11-43-57-1

Qax rayonunun ümumtəhsil məktəbliləri arasında 8 Noyabr – Zəfər Gününə həsr olunan “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə rayon birinciliyi keçirilib.

ERAmedia xəbər verir ki, gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, 44 günlük Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi milli birlik, qəhrəmanlıq və vətənpərvərlik nümunəsinin təbliğ edilməsi, tarixi Zəfərimizin daha dərindən öyrənilməsi, gənclərin bilik və dünyagörüşünün artırılması, məntiqi təfəkkürünün inkişaf etdirilməsi məqsədi daşıyan tədbir Heydər Əliyev Mərkəzində baş tutub.

İntellektual oyunun nəticələrə görə, Qax şəhər Etibar Babayev adına 4 nömrəli tam orta məktəbin komandası I yerə, Qax şəhər Tofiq İsmayılov adına 5 nömrəli tam orta məktəbin komandası II yerə, Qax rayon Qaxbaş kənd 2 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb. Qaliblər Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıb.

Qeyd edək ki, yarış Qax rayon gənclər və idman sektoru, rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şəki-Zaqatala regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilib.

media-whatsapp-image-2026-11-03-at-11-43-57-2 media-whatsapp-image-2026-11-03-at-11-43-57

 


media-adspc

Bənzər xəbərlər