media-17936447003307139062_1200x630

Rusiya qüvvələri Ukraynanın Zaporojye vilayətinin Kamişevaxa kəndinə iki dəfə hava zərbəsi endirərək humanitar yardımın paylandığı məntəqələri hədəfə alıb. Hücumlar nəticəsində kəndin 24 sakini həlak olub.

ERAmedia xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

“Rusiyanın Zaporojye vilayətinin bir kəndindəki təhsil müəssisəsinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 24-ə çatıb. Onlardan ikisi xilasedici, dördü isə polis əməkdaşıdır. Daha beş nəfər yaralanıb, o cümlədən iki xilasedici”, – deyə məlumatda bildirilir.

Hazırda təcili yardım və xilasetmə əməliyyatları davam edir.

Ukrayna Prezidenti Volodimir Zelenski isə “Telegram” səhifəsində növbəti hücum zamanı doqquz aviabombanın atıldığını bildirib. O, hücumu “son dərəcə dəhşətli” adlandırıb.

“Bu səhər kəndə artıq bir neçə aviabomba atılıb və humanitar ehtiyaclar üçün istifadə olunan məktəbə zərbə endirilib. Həmin məktəbdə humanitar yardım paylanırdı. İlk hava hücumundan sonra daha doqquz bomba, xüsusilə də insanların olduğu sığınacaq vurulub”, – deyə Prezident bildirib.


media-adspc

Bənzər xəbərlər