media-w_1617936411713986341374_1200x630

Nizami Kino Mərkəzində əfsanəvi partizan Mehdi Hüseynzadəyə (“Mixaylo”) həsr olunmuş “Onların Mehdisi, bizim Mixaylomuz” (“Njihov Mehdi, naš Mihajlo”) sənədli filminin premyerası keçirilib.

ERAmedia xəbər verir ki, “RTV Slovenija”nın istehsalı olan film İkinci Dünya müharibəsi illərində Sloveniya xalqı ilə çiyin-çiyinə vuruşmuş Azərbaycan qəhrəmanının döyüş yoluna işıq salır.

Tədbirdə çıxış edən Nizami Kino Mərkəzinin direktor vəzifəsini icra edən Turan Məmmədli filmin Azərbaycan və Sloveniya xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. O, Mehdi Hüseynzadənin qəhrəmanlığının iki xalqın ortaq tarixində xüsusi yer tutduğunu deyib: “Filmin çəkilişləri 2026-cı ilin mart ayında Bakı şəhərində, Abşeron rayonunun Novxanı kəndində, eləcə də Oğuz və İsmayıllı rayonlarında aparılıb. Sənədli filmin hazırlanmasına Mədəniyyət Nazirliyi, nazirliyin tabeliyində fəaliyyət göstərən Kino Agentliyi, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası, Azərbaycan Dövlət Film Fondu və digər qurumlar dəstək göstərib”.

AzTV-nin beynəlxalq əlaqələr şöbəsinin müdiri Elnar Məmmədli sənədli filmin ərsəyə gəlməsi prosesi və çəkilişlər haqqında danışıb. O, ekran əsərinin Mehdi Hüseynzadənin qəhrəmanlıq salnaməsinin beynəlxalq auditoriyaya çatdırılmasına töhfə verdiyini qeyd edib.

Mehdi Hüseynzadənin ailə üzvləri Hənifə Əlizadə və Mehdi Əzizbəyov qəhrəman partizanın həyat və döyüş yolunun ekran əsərində əks olunmasının onun irsinin gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətini vurğulayıblar.

Qonaqlar sonda filmi izləyiblər.

media-w_1617936411712195832544_1200x630 media-w_1617936411713986341374_1200x630 media-w_1617936411714111224123_1200x630 media-w_161793641171569755214_1200x630 media-w_1617936411715896735739_1200x630


media-adspc

Bənzər xəbərlər