media-whatsapp-image-2026-11-02-at-11-16-27

Araşdırmaçı jurnalist Arzu Qazıyeva Rusiyanın beynəlxalq münasibətlərdə üzləşdiyi çətinliklər, xarici işlər naziri Sergey Lavrovun G20 sammitindəki vəziyyəti və prezident Vladimir Putinin müttəfiqləri ilə münasibətləri barədə fikirlərini bölüşüb.

ERAmedia-nın məlumatına görə, Arzu Qazıyeva bildirib ki, 30-31 oktyabr tarixləri nə Lavrovun, nə də Putinin yadından çıxacaq. Onun sözlərinə görə, həmin günlər Rusiya rəhbərliyi üçün heç də ürəkaçan olmayıb.

Jurnalistin qeyd edib ki, Lavrov G20 sammitində iştirak etmək üçün təxminən 20 saatlıq uçuşdan sonra Atlantaya gəlsə də, orada gözlədiyi münasibətlə qarşılaşmayıb. Qazıyevanın iddiasına görə, Rusiya xarici işlər naziri sammitdə sərt ittihamlarla üzləşib, ənənəvi “ailə fotosu” çəkdirilməyib və heç kim Rusiya nümayəndəsi ilə birgə şəkil çəkdirmək istəməyib.

Arzu Qazıyeva əlavə edib ki, rusiyalı nümayəndələr tədbirə Ağ Ev tərəfindən dəvət olunsalar da, ABŞ dövlət katibi Marko Rubio Lavrovla ayrıca görüş keçirməyib, onunla yalnız digər diplomatların əhatəsində qısa söhbət edib.

Jurnalist bu vəziyyəti Rusiyanın beynəlxalq münasibətlər sistemində təcrid olunmasının göstəricisi kimi qiymətləndirib. O, Lavrovun sammitdəki vəziyyətini Rusiyanın qonşularından təcrid olunması ilə müqayisə edərək sərt ifadələr işlədib.

Qazıyeva həmin günlərdə Vladimir Putinin Moskvada Cənubi Sudan prezidenti Salva Kiiri qəbul etməsinə də toxunub. Onun sözlərinə görə, Putin afrikalı tərəfdaşı ilə “səmərəli danışıqlar” aparsa da, Kiirin görüş zamanı vəziyyəti diqqət çəkib.

Jurnalist Salva Kiirin danışmaqda çətinlik çəkdiyini, uzun fasilələrlə susduğunu və köməkçisinin ona qulaqlıqlarını taxmağa yardım etdiyini qeyd edib. Qazıyeva bu mənzərəni Rusiyanın arxalandığı müttəfiqlərin imkanlarının məhdudluğu kontekstində dəyərləndirib.

Arzu Qazıyeva, həmçinin Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Rusiyaya münasibətinə toxunub. O, Tokayevin Putinə münasibətini Rusiyanın beynəlxalq təcrid vəziyyəti ilə əlaqələndirib və bu münasibətin səbəbləri barədə öz mülahizəsini irəli sürüb.

Jurnalistin fikrincə, baş verənlər Rusiyanın beynəlxalq mövqeyinin və müttəfiqləri ilə münasibətlərinin vəziyyətini əks etdirən mənzərə yaradır.

Vüsalə


media-adspc

Bənzər xəbərlər