Kremldən şok açıqlama: Zelenski Moskvaya getsə...
Kremlin xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakov Ukrayna ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçirilməsi planlaşdırılan üçtərəfli danışıqlara Avropa nümayəndələrinin qatılması ehtimalını şərh edib.
ERAmedia xəbər verir ki, Uşakov Rusiya mətbuatına açıqlamasında amerikalılarla işçi səviyyəsində təmasların olduğunu bildirib və danışıqların ilk mərhələlərinin üçtərəfli formatda keçirilməsinin məntiqli olduğunu vurğulayıb.
“Bu səbəbdən, danışıqların ilk turlarının üçtərəfli formatda keçirilməsi məntiqlidir”, – deyə Uşakov qeyd edib.
Kreml rəsmisi Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiya prezidenti Vladimir Putinlə Moskvada görüşə biləcəyini də bildirib.
Uşakovun sözlərinə görə, Zelenski müxtəlif kanallar vasitəsilə müvafiq siqnallar göndərir.
“Zelenski zəng etsə, Putin telefona cavab verərmi?” sualını cavablandıran Uşakov Putinin zəngə cavab verəcəyini düşündüyünü deyib.
“Düşünürəm ki, Putin cavab verər. Putin heç vaxt görüşməkdən imtina etməyib”, – deyə o bildirib.









