media-1775763972_zelzele

Aralıq dənizində, Krit adası yaxınlığında 5,1 bal gücündə zəlzələ baş verib.

ERAmedia xəbər verir ki, bu barədə Türkiyənin Fəlakətlərin İdarə Edilməsi Agentliyi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri Türkiyənin Muğla vilayətinin sahillərindən təxminən 250 kilometr məsafədə, 9 kilometr dərinlikdə yerləşib.

Hazırda zəlzələ nəticəsində dağıntı və ya tələfat barədə məlumat daxil olmayıb.


media-adspc

Bənzər xəbərlər