Təhlükə barədə əhaliyə XƏBƏRDARLIQ
Mövsümi respirator virusların yayılması ilə bağlı epidemioloji vəziyyət diqqətdə saxlanılır, COVID-19 infeksiyası da ümumi müşahidə çərçivəsində izlənilir.
ERAmedia xəbər verir ki, ölkə üzrə respirator virus infeksiyaları, o cümlədən COVID-19 infeksiyası ilə bağlı epidemioloji vəziyyət mütəmadi nəzarətdə saxlanılır.
Bildirilib ki, SARS-CoV-2 virusu digər mövsümi respirator viruslarla yanaşı ümumi epidemioloji müşahidə çərçivəsində izlənilir. Bu istiqamətdə müvafiq monitorinq tədbirləri davam etdirilir.
Qeyd olunub ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri və beynəlxalq təcrübə nəzərə alınmaqla, əhalinin sağlamlığının qorunması məqsədilə zəruri nəzarət və profilaktik tədbirlər həyata keçirilir.
Mütəxəssislər respirator virus infeksiyalarının yayılmasının qarşısının alınmasında profilaktik tədbirlərin əhəmiyyətini vurğulayırlar. Xüsusilə mövsümi xəstəliklərin artdığı dövrlərdə şəxsi gigiyena qaydalarına riayət edilməsi, xəstəlik əlamətləri müşahidə olunduqda başqaları ilə təmasın məhdudlaşdırılması və zərurət yarandıqda tibbi yardıma müraciət edilməsi tövsiyə olunur.
Beləliklə, COVID-19 infeksiyası ölkədə ayrıca epidemioloji təhlükə kimi deyil, digər respirator viruslarla birlikdə ümumi epidemioloji nəzarət çərçivəsində izlənilir.










